Qarabağla bağlı layihə həyata keçirilir

Qarabağla bağlı layihə həyata keçirilir

Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə yeni layihə həyata keçirməyə başlayıb. SİA-nın məlumatına görə, "Qaçqın və məcburi köçkün gənclər arasında mənəvi bağların qorunub saxlanmasına və inteqrasiyanın gücləndirilməsinə dəstək" adlı layihə çərçivəsində kiçik yaşlarında doğma torpaqlarından didərgin düşən, qaçqın və məcburi köçkün taleyi yaşamağa məhkum edilən gənc nəsil Qarabağı görmədən Qarabağ haqqında bildiklərini dilə gətirəcəklər və bu hekayələr kitab şəklində çap oluncaq.

Layihənin hazırlıq mərhələsi çərçivəsində artıq ilk müsahibə aparılıb. 2 ay ərzində hazırlanacaq kitabda maraqlı hekayələr öz yerini alacaq. Bu kitab bütün qaçqın və məcburi köçkün gənclərə öz ata-baba yurdları haqqında nənə-babalarından, ata-analarının ağzından Qarabağsız Qarabağı öyrənmələri üçün bir stimul olacaq.

Qeyd edək ki, layihənin həyata keçməsində 20 saylı Kəlbəcər orta məktəbinin rəhbərliyi və müəllimləri də yaxından iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə