YAP Gənclər Birliyində “Beynəlxalq dəniz hüququ” mövzusunda mühazirə oxunub

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində "Universal gənclik" layihəsi çərçivəsində növbəti mühazirə təşkil olunub. SİA-nın xəbərinə görə, növbəti mühazirə YAP Yasamal rayon Gənclər Birliyinin birgə təşəbbüsü ilə keçirilib. Bu mühazirə isə Xəzərin hüquqi və beynəlxalq statusu məsələsinə həsr olunub.

YAP GB-nin sədri Seymur Orucov bildirib ki, "Universal Gənclik" layihəsinin əsas məqsədi Gənclər Birliyinin tərkibində daha aktiv fəaliyyət göstərən gənclər üçün müxtəlif istiqamətlərdə mühazirələr təşkil etməkdən ibarətdir. Onun sözlərinə görə, hər həftənin şənbə günü YAP Gənclər Birliyinin ofisində müxtəlif mövzularda müharizələr keçirilir və bunlar ölkənin tanınmış elm xadimləri, professorları tərəfindən oxunur.

"Bugünki mühazirənin məqsədi beynəlxalq dəniz hüquq ilə bağlı məsələni gənclərə çatdırmaqdan ibarətdir. Qonağımız isə Bakı Dövlət Universitetinin hüquq fakultəsinin professoru Rüstəm Məmmədovdur. Azərbaycanda beynəlxalq dəniz hüququ, Xəzərin hüququ statusu ilə bağlı problemlər var. Biz də istəyirik ki, gənclər də bu problemlərlə yaxından tanış olsunlar və bilsinlər ki, ümumilli liderin qətiyyəti olmasaydı, Xəzərin hüququ statusu ilə bağlı \"Əsrin müqaviləsi\" həyata keçməyə bilərdi. Kifayət qədər hüququ problemin olmasına baxmayaraq ulu öndər Heydər Əliyevin səyi nəticəsində bu gün biz ildə 50 milyon tona yaxın neft ixrac edirik. Ona görə də gənclər Azərbaycanın həqiqətlərini, ölkədəki bütün problemləri yaxından öyrənməyə çalışsınlar", - deyə o əlavə edib.

Sonra isə BDU-nun hüquq fakultəsinin professor Rüstəm Məmmədov gənclərə "Beynəlxalq dəniz hüququ" mövzusunda mühazirə oxuyub.

Mühazirədən sonra dinləyicilərin sualları cavablandırılıb və "Xəzər dənizinin hüququ statusu" mövzusunda diskussiya aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə