Azərbaycan Baş Prokurorluğu antikorrupsiya əməliyyatı keçirib, Buzovna  xəstəxanasının baş həkimi saxlanılıb

Azərbaycanda bir neçə səhiyyə işçisi korrupsiya faktı ilə əlaqədar tutulub. SIA-nın məlumatına görə, Baş prokuror yanında Korrupsiya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Bakının Xəzər rayonunda, 26 saylı Mərdəkan və 14 saylı Buzovna xəstəxanalarında əməliyyat keçirib. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində 14 saylı Buzovna xəstəxanasının baş həkimi Oqtay Salamov və daha bir neçə həkim şübhəli şəxs qismində saxlanılıb. Onlar rüşvət almaqda günahlandırılırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə