Ottavada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib

Kanadanın Ottava şəhərində fəaliyyət göstərən "Qarabağ" adlı Azərbaycan dili məktəbinin təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, tədbir zamanı qeyd olunan həftə sonu məktəbdə oxuyan şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni, o cümlədən, Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə xas olan bir sıra şeir və musiqilər səsləndirilib. Tədbirdən hazırlanmış videolara "facebook" sosial şəbəkəsində açılmış "Karabakh Azeri Saturday language school" adlı səhifədə baxmaq mümkündür:

http://www.facebook.com/pages/Karabakh-Azeri-Language-Saturday-School/119544944814217

Qeyd edək ki, "Qarabağ" (Karabakh) adlı Azərbaycan dili məktəbi 2011-ci ilin 10 sentyabr tarixində Kanadanın Ottava şəhərində fəaliyyətə başlayıb. Qeyd olunan məktəb Ottavada yaşayan həmvətənlərimiz Nigar Əliyeva və Vüsalə Əhmədovanın təşəbbüsü ilə təsis edilib. Məktəbdə Azərbaycan dilinin tədrisi Vüsalə Əhmədova tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə