Azərbaycan və Ermənistan “Billur bayquş” uğrunda mübarizə aparacaq

İyulun 29-31-də Batumidə Cənubi Qafqazın "Nə?", "Harada?", "Nə vaxt?" intellektual oyunu üzrə 13-cü çempionat keçiriləcək. SİA-nın xəbərinə görə, çempionatda Azərbaycan, Gürcüstan və Ermənistandan ümumilikdə 55 komanda iştirak edəcək.

Çempinonatın münsiflər heyətində "Billur bayquş" mükafatının laureatları Aleksandr Druz (Sankt-Peterburq), Aleksandr Rubin (Moskva), İlya Novikov (Moskva) və Yelena Potanina (Odessa) iştirak edəcək

Qeyd edək ki, bu vaxta qədər keçirilən biricilik üzrə oyunda Azərbaycan 5, Gürcüstan 4, Ermənistan isə 3 dəfə qalib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə