Kənd Təsərrüfatı Nazirliyi 2026-cı il üçün doktorant hazırlığı üzrə qəbul elan edir
Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 14 may tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2026-cı il üçün doktorant hazırlığı üzrə qəbul planları”na əsasən Azərbaycan Dövlət Aqrar Universiteti və elmi tədqiqat institutlarına fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul elan edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər portal.edu.az üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak edə biləcəklər.
Sənəd qəbulu prosesinə mayın 19-da saat 11:00-dan etibarən başlanılıb. Sənəd qəbulu iyunun 9-da saat 18:00-da yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB