“Sağlamlığa doğru qaç!” – bu dəfə həkimlər yarışdılar

Lənkəran rayonunda səhiyyə işçilərinin iştirakı ilə “Sağlamlığa doğru qaç!” adlı atletika yarışı təşkil olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. İştirakçılar abidə önünə gül dəstələri qoyaraq dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Yarışda Lənkəranla yanaşı, Yardımlı, Masallı, Lerik, Astara və Cəlilabad rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı şuralarından olan təxminən 150 nəfər iştirak edib. İştirakçılar 5 kilometrlik məsafəni uğurla tamamlayaraq, sağlam həyat tərzini təbliğ ediblər.

Yarışın nəticələrinə əsasən, qadınlar və kişilər arasında ilk üç yeri tutan iştirakçılar diplom, medal və mükafatlarla təltif olunublar. Eyni zamanda, onlar Xankəndi şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə