Azərbaycanın Batumidəki Baş konsulu Fuad Əzizov və konsulluğun əməkdaşları şəhərdə yaşayan soydaşlarımızın uşaqlarına doğma dilimizi və tariximizi öyrətmək məqsədilə yaradılan “Bazar günü“ məktəbinin fəaliyyəti, tədris metodikası ilə tanış olublar. SİA xəbər verir ki, Baş konsul F.Əzizov Azərbaycan Prezidentinin ölkəmizdən kənarda yaşayan soydaşlarımıza göstərdiyi yüksək diqqətdən və dövlət qayğısından bəhs edib. Məktəbin müəllimi Aynurə Quluzadə isə təlimlərdə iştirak edən uşaqların Azərbaycan dili, tarixi və mədəniyyətinə böyük maraq göstərdiklərini qeyd edib.O, uşaqların qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ana dilimizdə şeir və nəğmələr hazırladıqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, “Bazar günü” məktəbi Azərbaycanın Batumidəki Baş Konsulluğunun dəstəyi ilə açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə