"Zamanında "yox" sözünü deyən insanlara da mənfi insan deyirlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
O bildirib ki, haqqını tələb etmək mənfi xüsusiyyətə sahib olmaq demək deyil: "Təəssüflər olsun ki, bəzən bu cür düşüncələr insanlarda yanlış fikirlərin formalaşmasına gətirib çıxarır. Yaranan yanlış fikirlər isə insanı mənfi addımlar atmağa gətirib çıxarır. Bəzən temperamentə görə dəyişkənlik olur. Bir temperamentdə olan insanda həddindən artıq bəzi düşüncələri olur ki, heç zaman özündən razı deyil, özündə həmişə günahkarlıq duyğusu görür. Bu cür düşüncələrlə qarşıdakı insanlara qarşı da sanki içindəki kinlə, baxış tərzində belə mənfi aurasını göndərir. Mənfi aurasını göndərən insanda da müsbət keyfiyyətləri anında axtarmaq olmur. Dərhal düşünürsən ki, bu, mənfi insandır. Bu baxımdan müxtəlif fərdi yanaşmalarda onların öhdəsindən tədricən gəlmək olur. Təbii ki, kollektiv arasında olarsa, həmin mənfi xüsusiyyətlər dərhal qərəzə çevrilir. Artıq kollektiv arasında belə onun mənfi insan olduğu haqqında qruplaşmalar olur. O qruplarda həmin insan haqqında bir çox söhbətlər danışılır".
"İnsanın xarakterinin formalaşmasında daha çox ailəsinin, ictimai mühitin çox böyük rolu var. İnsanın xarakterinin formalaşmasında qarşısındakı insanı dinləmək böyük rol oynayır. Qışqırmaq, davayla nəyisə əldə etmək olmaz. Əgər onu cəmiyyət üçün sağlam, yararlı böyütmək istəyirsənsə, mütləq şəkildə onları dinləyib düzgün yola istiqamətləndirmək lazımdır. Əks təqdirdə valideyn bunu bacara bilmirsə, mütəxəssisə müraciət etməlidir. Mütəxəssisə müraciətdən sonra övladının psixi xüsusiyyətində dəyişikliklərin getməsinə, xarakterinin möhürünü vuracaq hansı dəyişiklikləri etməlidirsə, onların öhdəsindən rahatlıqla gəlmək olur" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə