İyulun 21-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan idman jurnalistləri arasında şahmat turniri keçiriləcək. AŞF-dən SİA-ya verilən məlumata görə, yarışın reqlamentinə əsasən hər oyuna 10 dəqiqə vaxt ayrılacaq və hər gedişə 5 saniyə əlavə ediləcək.
7 turdan sonra qaydalara uyğun olaraq ilk üç yeri tutan iştirakçılara diplom, pul mükafatı və hədiyyələr təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə