“Hislərimizi sözlərlə ifadə etmək mümkün deyil” - Füzuli sakini

“Doğma torpağım Füzuliyə qayıdırıq və hislərimizi sözlə ifadə etmək mümkün deyil”. SİA xəbər verir ki bu sözləri keçmiş məcburi köçkün Sahilə İbişova deyib.

“Biz gələndə nəvələrim yox idi. Amma idi nəvələrimlə qayıdıram. Planlarımız çoxdur. Allah onları həyata keçirməyi bizə nəsib etsin. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Ordumuz torpaqlarımızı düşmən işğalından azad etdi. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə șəfa diləyirəm”,- deyə S.İbişova əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə