"Psixoloq heç kimə məsləhət verməməlidir" - İRAD BİLDİRİLDİ

Ümumiyyətlə psixoloqlar insanların həyatını necə yaşaması ilə bağlı heç bir lazım olan məsləhətləri vermir. Psixoloqa gələn insan özünün ruh ailəmindəki bir problem üçün yaxınlaşır. Çünki psixoloq zamanla işləyərək ilk əvvəl nəzəri aspektən yanaşaraq, praktika ilə nəzərini coğalaşdırıb insan həyatını, psikasını analiz etməyi bacaran və insanlara problemlərin kökünü, məsələyə başqa başqa gözdən baxmağa yardım edir. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Onun sözlərinə görə, problemlərin kökünü tapmaq ona yardımcı olur: "Lakin məsləhətlər vermir və verməməlidir. Çünki psixoloqun məsləhətləri bir insan üçün keçərli, həyat tərzi üçün uyğunsuz, zidd yanaşma ola bilər. Bu aspektən psixoloq heç kimə məsləhət verməməlidir, insanda mövcud olan neqativ halların nəydən qaynaqlandığını araşdırmaq, o insana həyatında mütəmadi problemlərə səbəb olan xarakterinin xüsusiyyətlərini, idrak proseslərinin inkişaf səviyyəsini həmin insanla birlikdə həll edir, araşdırır. İnsan növbəti həyat gedişatında artıq problemli hadisələrdə həll yolu tapır, özü-özünün psixoloqu olur. Çünki heç bir psixoloq insanın bu həyatda necə yaşamasının təminatçısı ola bilməz. Bu, fərdi yanaşmadır. Hər kəsin özünün psixo portreti, ailə mühitindən qaynaqlanan baxış bucağı, kimyəvi tərkibi, genetik faktorları, aldığı tərbiyə var. Bütün bunları ümumləşdirsək psixoloq hər kəsi olduğu kimi qəbul edir və hər kəsə də özünəməxsus şəkildə yanaşaraq o insalara mənəvi, psixoloji dəstək olur. Qeyd etdiyim kimi psixoloqlar pasiyentlərə nə məntiqi, nə də emosional yön vermir. Psixoloqda bir insandı və bir insandan ünsiyyətdə olarkən onun davranışını, duyğularını, düşüncələrini dəqiqləşdirir. Sonra isə həmin insanla birgə problemi müəyyən edir. Burada emosional fonda insanın məntiqlə özünü araşdırıb tapması da olur".

Psixoloq qeyd edib ki, psixoloqa gələn insanın təfəkkür potensialı qismən sağlam olmalıdır: "Sağlam olmayan insanla psixoloq deyil, psixiatr məşğul olur. Ona görə də, emosionallıq bütün peşələrdə var və emosional ton danışıqda da qatılmalıdı. Hətta qarşı tərəfin emosional iradə sferası kəskinləşərsə, psixoloq onu stabilləşdirməyə çalışmalıdı. Psixoloq onun həyatını necə yaşamasını, davranmasını öyrətmir. Bir sağlam şəxsiyyət hansı emosional vəziyyətdə olmalıdır deyə, təkliflər tövsiyyələr olunur".

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə