“Sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarının göstərişlərinin oxunması süni intellekt vasitəsilə hayata keçiriləcək. Bu istiqamətdə SOCAR “Azəriqaz” İB-nin yeni layihəsi artıq paytaxtda tətbiq edilməyə başlanılıb. Proses isə sayğac göstəricilərinin fotosu çəkilməklə həyata keçirilir”. SİA xəbər verir ki, bunu Birliyin Abonent bazasına xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov Azəriqazın mərkəzi ofisində keçirlən ənənəvi “Açıq qapı” aksiyası zamanı bildirib.
Vqar Səfərov bildirib ki, bu şəffaflığın artırılması və mexaniki səhvlərin qarşısının alınması məqsədilə həyata keçirlir. O əlavə edib ki, yeni binalarda sayğaclar eyvanlarda quraşdırıldığından o sayğacların məsafədən oxunması üçün xüsusi proqram təminatı hazırlanır.
İB rəsmisi, həmçinin qazlaşdırmanın sürətlə davam etdirildiyini, son 1 il ərzində ölkə üzrə ümumilikdə 66 106 yeni əhali abonentinin qeydiyyata alındığını qeyd edib. Bunların da 45 191-i Bakıdadır.
Ölkədə qazın təzyiqinin hansı səviyyədə olması ilə bağlı sualımızı isə Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev ətraflı şəkildə cavablandırıb. Şöbə rəisi havaların kəskin soyuduğu zamanlarda belə qazın təzyiqi ilə bağlı şikayətlərin daxil olmağını bildirib. Onun sözlərinə görə, qaynar xəttə edilən son 700 müraciət arasında qazın təzyiqi ilə bağlı şikayət yoxdur.
Mənzillərdə qeyri-standart qaz cihazlarının istifadəsi və mətbəxin yerinin dəyişdirilməsi zamanı kustar üsulla çəkilən qaz xəttində sızmaların baş verməsi nəticəsində qəzaların meydana gəlməsi faktlarının qarşısının alınması üçün yoxlamalara başlanılacağı da qeyd edilib. Vurğulanıb ki, hazırda Nazirlər Kabinetində yoxlamaların keçiriməsi qaydaları hazırlanır, bundan əlavə Gəncəbasar zonasında bununla bağlı əməkdaşlara təlimlər keçirilir. Cari ilin ortalarında yoxlamalara başlanılacağı gözlənilir.
Tədbirdə təbii qazdan istifadəyə görə ödənişlərin 98 faizi keçdiyi bildirilib, baxmayaraq ki, abonentlərin təxminən üçdə biri öncədən ödəniş sistemindədir. Azəriqaz rəsmiləri abonentlərə ödənişlərdəki fəallığa görə Birliyin adından təşəkkür ünvanlayıblar.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə