Qəzzada ölənlərin sayı 43 min 374-ə çatıb

İsrailin 395 gündür mülki vətəndaşları hədəf aldığı Qəzza zolağında ölənlərin sayı 43 min 374-ə, yaralıların sayı isə 102 min 261-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail qüvvələri 395 gündür Qəzza zolağına hücumlarını davam etdirir.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda bölgədə 3 hücumda 33 fələstinlinin həyatını itirdiyi, 156 fələstinlinin isə yaralandığı bildirilib. İsrailin 7 oktyabr 2023-cü ildən bəri həyata keçirdiyi hücumların balansının da yer aldığı açıqlamada can itkisinin 43 min 374-ə, yaralı sayının isə 102 min 261-ə yüksəldiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə