"Səbail" klubunun Müşahidə Şurasının iclası olacaq

"Səbail" klubunun Muşahidə Şurasının iclası olacaq. SİA xəbər verir ki, yaxın günlərdə baş tutacaq toplantıda "dənizçilər"in yeni baş məşqçisi ilə bağlı müzakirə aparılacaq.

Premyer Liqa təmsilçisi ötən gün "Kəpəz"ə uduzduğu (0:1) Misli Premyer Liqasının XII turunun matçından sonra Şahin Diniyevlə vidalaşıb. 58 yaşlı mütəxəssis 2022-ci ilin dekabrından Bakı klubunda işləyib.

Qeyd edək ki, "Səbail" hazırda çempionatda 7 xalla 9-cu pillədə qərarlaşıb. Komanda autsayder "Kəpəz"dən cəmi 1 xal çox toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə