Səhvən Cənubi Koreyanı Yaponiya adlandırıb...

Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Seulda keçirilən danışıqlarda səhvən Cənubi Koreyanı Yaponiya adlandırıb. Bu barədə RİA Novosti məlumat yayıb.

...Mən bir avropalı olaraq Avropa İttifaqı və Yaponiya arasında müdafiə və təhlükəsizlik tərəfdaşlığını elan etmək üçün buradayam deyib.

Bu açıqlama Cənubi Koreya nümayəndələrinin gülüşünə səbəb olub. Onu Avropa nümayəndə heyətinin nümayəndələrindən biri düzəltdi, bundan sonra Borrell dedi: “Nə? Aman Allah, üzr istəyirəm... Koreya ilə."

Bundan əvvəl Avropa İttifaqı və Yaponiya nümayəndələri iki tərəf arasında strateji və müdafiə tərəfdaşlığı bağlayıblar. Borrell bildirib ki, bu, Avropa İttifaqının Asiya-Sakit okean regionunda yerləşən bir ölkə ilə tarixdə ilk belə əməkdaşlıq proqramıdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə