Putin Kremldə Şimali Koreyanın XİN rəhbəri ilə görüşüb

...Rusiya prezidenti Vladimir Putin Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hui ilə görüşüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

...Prezident Putin Rusiyada işgüzar səfərdə olan Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Çoi Sonq Heni Kremldə qəbul edib.

Bundan əvvəl Cənubi Koreya prezidenti Yun Seok-yeol parlamentin diqqətini Şimali Koreya və Rusiya arasında hərbi əməkdaşlıqla bağlı tədbirlər görməyin zəruriliyinə yönəldib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə