Yevlax rayonunun dörd kəndinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. SİA-nın məlumatına görə, Yevlax rayonun Cırdaxan, Varvara, Balçılı və Ağqıraqlı kəndlərinin elektrik enerjisi ilə təminatı müvəqqəti olaraq dayandırılıb.
Elektrik enerjisinin verilməsində fasiləyə səbəb 10 kv-luq Cırdaxan hava xəttinin mühafizə zonasında yerləşən yaşıl kütlənin budanması olub.
Bütün xəbərlər Facebook səhifəmizdə