Ərdoğan Qırğızıstana gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının (TDT) 11-ci Zirvə Toplantısında iştirak etmək üçün Qırğızıstana gedib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan saat 13.20-də “CAN” təyyarəsi ilə Atatürk Hava Limanından Qırğızıstana yola düşüb. Fəxri qarovul dəstəsini apronda qarşılayan Ərdoğanı İstanbul valisi Davud Gül və digər rəsmi şəxslər yola salıb.

Prezident Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Kamal Memişoğlu, Ticarət naziri Ömər Bolat, MİT sədri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiyalar Direktoru Fahrettin Altun, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri Akif Çağatay Kılıç, AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik və bəzi rəsmilər müşayiət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə