Çinin Yer orbitində qurduğu Tienqonq (Göy Sarayı) Kosmos Stansiyasındakı astronavt qrupu 6 aylıq vəzifəsini tamamlayaraq Yerə çatıb.
SİA xəbər verir ki, Çin İnsanlı Kosmik Proqramı Agentliyindən (CMSA) verilən məlumata görə, astronanvtlar Yi Quanqfu, Li Conq və Li Quansunu daşıyan “Şençjou-18” kosmik kapsulu Qobi səhrasındakı “Donqfenq” sahəsinə enib. Yer orbitində 192 gün keçirən qrup üzvlərinin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib. Əvvəllər “Şençjou-13” missiyasına qatılan qrupun komandiri Yi Quanqfu iki missiyada orbitdə ümumilikdə 374 gün keçirərək kosmosda ən uzun qalan atronavt oldu.
“Şençjou-18” kosmik gəmisi ilə 25 aprel 2024 tarixində kosmosa göndərilən qrup Tienqonq Kosmos Stansiyasına göndərilən yeddinci qrup olmuşdu.
Onlar “Şençjou-19” gəmisi ilə 30 oktyabr 2024 tarixində stansiyaya göndərilən Tsay Şüçı, Sonq Linqdonq və Vanq Haozıdan ibarət yeni astronavt qrupu ilə vəzifə təhvil-təslim mərasimi həyata keçirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə