Almaniya qışdan əvvəl Ukraynaya əlavə 200 milyon avro yardım edəcək.
SİA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok Kiyevə səfəri zamanı deyib.
Onun sözlərinə görə, vəsait Almaniya Xarici İşlər Nazirliyi tərəfindən ayrılan təcili humanitar yardımın artırılmasına yönəldiləcək ki, cəbhə xəttinə yaxın və enerji təchizatı olmayan evlər də yanacaq ala bilsin və ukraynalılar lazım olan hər şeylə, xüsusən də yorğanlarla təchiz olunsunlar.
Eyni zamanda, nazir Ukraynanın enerji infrastrukturunun demək olar ki, üçdə ikisinin məhv olduğunu iddia edib.
Qeyd edək ki, Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə