Ölkənin İtkin Şəxslərin Axtarış və Kimlik İdarəsindən verilən açıqlamada bildirilib ...
Liviyanın paytaxtı Tripolinin Tajura bölgəsindəki kütləvi məzarlıqdan 73 cəsəd çıxarılıb.
Ölkənin İtkin Şəxslərin Axtarış və Kimlik İdarəsindən verilən açıqlamada Tajuranın Bi'r əl-Esta bölgəsində 2011-ci ildən qalma kütləvi məzarlıqda qazıntı və axtarış işlərinin davam etdiyi bildirilib.
SİA-nın əldə etdiyi məlumata görə, qruplar 1 noyabrdan bu yana daha 27 cəsədi kütləvi məzarlıqdan çıxarıb ki, bununla onların sayı 73-ə yüksəlib.
Xatırladaq ki, Tunisdə alovlanan “Ərəb baharı” 2011-ci ilin fevralında Liviyaya da sirayət etdi və nəticədə 42 il hakimiyyətdə olan Müəmmər Qəddafiyə sadiq qüvvələr nümayişçilərə atəş açaraq onlarla dinc sakini öldürdü.
Bütün xəbərlər Facebook səhifəmizdə