Türkiyəli tennisçi Zeynəb Sönməz Meksikanın Merida şəhərində keçirilən “WTA Merida Open” turnirinin qalibi olub. SİA xəbər verir ki, finalda ABŞ-dan olan rəqibi Ann Lini 6:2 və 6:1 setlərlə məğlub edən idmançı bu yarışda ilk çempionluğunu qazanıb. Bu nəticə ilə dünya reytinqində 36 pillə irəliləyən tennisçi 91-ci sıraya yüksələrək öz rekordunu yeniləyib.
Bu qələbə ilə Zeynəb Sönməz Türkiyə tennis tarixində Çağla Büyükakçaydan sonra WTA turnirində şəxsi yarışda çempionluq qazanan ikinci qadın idmançı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB