Astarada 18 yaşlı qızın meyiti tapılıb

Astarada meyit aşkarlanıb. SİA-nın verdiyi xəbərə görə, hadisə gecə saatlarında Astara rayonunun Pensər kəndində baş verib. 18 yaşlı qızın meyiti asılmış vəziyyətdə tapılıb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, valideynlərini itirən qız, babası ilə yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə