Müxalifət fəaliyyət planını açıqlamalıdır
...Tbilisidə parlament binası qarşısında müxalifət partiyalarının təşkil etdiyi etiraz aksiyası başlayıb.
SİA xəbər verir ki, bu barədə “Novosti-Georgia” məlumat yayıb.
Gürcüstan parlamentinin binası qarşısında müxalifətdə olan siyasi qüvvələrin mitinqi başlayıb, onlar parlament seçkilərində irimiqyaslı saxtakarlıqları elan etdikdən sonra fəaliyyət planını açıqlamalıdırlar.
Etirazçılar ora Voqzalnaya meydanından yürüşlə gəliblər.
Bu, oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra hakim “Gürcü Arzusu” partiyasının qalib gəldiyini elan edən müxalifətin ikinci etiraz aksiyasıdır.
İlk mitinq oktyabrın 28-də Mərkəzi Seçki Komissiyası ilkin nəticələri elan etdikdən sonra baş tutub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə