Məşhur cütlük gizlicə nişanlandı

Münasibətlərini göz qabağında yaşamamağı üstün tutan ABŞ müğənnisi Taylor Swift ilə britaniyalı aktrisa Co Alvin 5 ilə yaxındır ki, birlikdədirlər. SİA xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün evliliyə doğru ilk addımı atdıqları üzə çıxıb.

“Qremmi” və “Billboard” mükafatlarına layiq görülmüş müğənni və aktrisanın bir neçə aydır nişanlı olduğu iddia edilsə də, bunu gizli saxlayıblar. Sviftin yalnız evində nişan üzüyünü taxdığı bildirilib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə