Aktyor Cavidan Novruz mərhum aktyor, "Fəryad" filminin qəhrəmanı Ceyhun Mirzəyevin şəklini sosial media hesabında yayımlayıb. SİA-nın məlumatına görə, o, paylaşımına bu sözləri qeyd edib: "Şuşa azad edilən gündən Ceyhun Mirzəyevin (aktyor - red.) fotosunu paylaş̧dım və yazmışdım ki, rahat uyu, qisasın alınır.

Bunu ona görə etmişdim ki, bu insan öz sənəti uğrunda ürəyindən əziyyət çəkə-çəkə zülmlə filmi çəkdi. Amma nə bu filmi görə bildi, nə də torpaqların azad olunmasını... Ən böyük arzusu bu idi. İndi torpaqlar alındı və başa çatdı. Doğulub boya-başa çatdığı Ağdamın Gülablı kəndi azad olundu. Demişdim ki, azad olunsun, onu ziyarətə gedəcəm.

Ceyhun Mirzəyev, rahat uyu. 8 yaşımdan bu günə kimi bu insana olan sevgim, rəğbətim, diqqətim azalmadı. Onu ziyarətə gələcəm, "Yasin" oxutdurub, ətrafını gül-çiçəklə bəzəyəcəm. Qəhrəman aktyorum, sənə Ağdamın azad olunduğu müjdəsini verib, təbrik edəcəm.

Məkanın artıq cənnətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə