Cəbrayıllı müğənni: “3 yaşımda tərk etdiyim evimi 31 yaşımda sökülmüş halda tapdım" FOTOLAR

Əslən Cəbrayıldan olan müğənni Zeynəb Həsəni doğulduğu və işğaldan azad olunan yerə gedib. SİA-nın məlumatına görə, ifaçı məcburən çıxarılan evlərinə yollanıb.

O, bu haqda özü xəbər verib. Belə ki, Həsəni Cəbrayıldakı sökülmüş evlərinin şəkillərini sosial media hesabında yayımlayıb və bu sözləri qeyd edib: “3 yaşımda tərk etdiyim evimi 31 yaşımda belə tapdım, doğulduğum torpağı, yurdumu Cəbrayılımı gördüyüm üçün Allaha sonsuz şükürlər olsun. Bizə bu sevinci yaşadan Cənab Prezidentimizə təşəkkür edirəm. Azərbaycanlıları torpaqlarına qovuşduran igid əsgərlərimizin qarşısında baş əyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə