Füzulidən olan Səyyad Əlizadə: "Vəhşi erməni tayfası qəbiristanlıqlarımızı belə dağıdıblar"

Əslən Füzulidən olan müğənni Səyyad Əlizadə cəbhə bölgəsində baş verənlərdən danışıb. SİA-nın məlumatına görə, ifaçı ermənilərin vəhşi tayfa olduğunu xüsusi ilə diqqətə çatdırıb: “Bir neçə gün bundan öncə cəbhə bölgəsinə getmişdim. Əsgərlərimizdə və mülki insanlarda böyük ruh yüksəkliyinin şahidi oldum. Ermənilərin gülləri, topları, raketləri Azərbaycan xalqını qorxutmur. Əksinə, xalqımız birlik nümayiş etdirir. Balacamızdan böyüyümüzə kimi hər kəs döyüşə hazırdır.

Onu da qeyd edim ki, onlar millət olaraq formalaşmayıblar. Ermənilər kimi mundar, vicdansız tayfa yoxdur.
Allah Azərbaycan Ordusunu, Cənab Prezident İlham Əliyevi, xalqımızı qorusun!”

Əlizadə Füzulidə keçirdiyi uşaqlıq xatirələrindən də söz açıb: “Füzulidə uşaqlığım keçib. O günləri necə unutmaq olar?!

Hazırda Füzulidə nə evlərimiz, nə məktəblərimiz, nə də dini ocaqlarımız qalıb. Hətta vəhşi erməni tayfası qəbiristanlıqlarımızı belə dağıdıblar.

Onların bu vəhşiliyinə bəzi ölkələr susur. Bu qədər haqsızlıq olmaz”.

Bütün xəbərlər Facebook səhifəmizdə