Xalq artisti Flora Kərimova ötən gün bir çox kəndin düşməndən azad edilməsi xəbərindən danışıb. SİA-nın məlumatına görə, ifaçı bildirib ki, sevincindən ağlayıb: "Nisgilli ürəklərin kamını alan igidlərim, analarınızın südü, torpağımızın çörəyi sizə halal olsun. Şəhidlərin ruhu sizi qorusun, ölənlərə isə Allah rəhmət eləsin.
Bizə vətənimizi bağışlayan şəhidlərin ruhu şad olsun. Sevindiyimdən ağlayıram. Sevinirəm... Bu günü yaşadığım üçün Allaha şükür edirəm. Yaradana yalvarırdım ki, üzünü bizim tərəfə çevir. Axır ki, yadına düşdük. Bu yolda səbrlə irəliləyən dövlətimə çox sağ ol deyirəm. Hamımız sizə borcluyuq.
Sevincimizi, göz yaşlarımızı, Qarabağ deyən sözlərimiz... Bayramınız mübarək. Düşünürəm ki, hələ təbriklər və xoş günlər qabaqdadır. Yaşım çatsa, Qarabağdan mənim də səsim gələcək".
Bütün xəbərlər Facebook səhifəmizdə