Rəhim: “Güvəndiyim dağlara qar yağdı” FOTOLAR+ VİDEO

Müğənni Rəhim Rəhimli verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, o, dostlarından bəhs edib: “Hər kəs bilir ki, mən “Dostum” sözündən çox istifadə edirəm. Amma bu mənim müraciət formamdır. Həyatımda barmaqla sayılası qədər dostlarım var. Heç 3 nəfər olmaz. Şou-biznesdə heç kimlə dostluq etmirəm. Bəziləri düşünür ki, Xalq artisti Aygün Kazımova ilə dostluq edirəm. Amma yalnışdır. Çünki güvəndiyim dağlara qar yağdı. Onu da qeyd edim ki, tərəziylə ölçəndə mənim dostlarıma qarşı fədakarlığım daha çoxdur. Düşünürəm ki, bu qarşlıqlı olmalıdır. Sənət ailəmində kişi və qadınlarla dostluq etdim. Sonda qərara gəldim ki, şou-biznesdə heç kimlə dostluq etməyəcəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə