"Qurd, heç öz arvadının şəklini paylaşıb, xoş sözlər demirdin" FOTOLAR

Reper Fərid Eminov (Qurd) nişanlısı Leyla Məmmədova ilə yeni fotosunu üzə çıxarıb. SİA-nın məlumatına görə, ifaçı həmin şəkli sosial şəbəkədə yayımlayıb və bu sözləri yazıb: "Sevgi təbiətin ikinci günəşidir. Xoşbəxtəm ki, iki günəşim var".

Cütlüyün fotoda olduqca səmimi olması diqqətlərdən yayınmayıb.

İzləyicilər reperin nişanlısı ilə olan paylaşımına tənqidlər yazıblar.

Nəzərinizə çatdıraq ki, sənətçinin nişanlısı musiqiçidir. O, dünyaca məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.

Qeyd edək ki, "Qurd" bir dəfə ailəli olub. Onun bu evlilikdən 2 oğlu var.

Bütün xəbərlər Facebook səhifəmizdə