" "İnstagram" əxlaqsızları müğənni edib"

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı sosial şəbəkədə məşhurlaşan müğənniləri tənqid edib: "15 ildən sonra da Azərbaycanda yaxşı musiqiçilər olacaq. Ortada olan viruslar isə unudulacaq. 10 il sonra yada düşməyəcəklər. Azərbaycanda nə boyda sənətkarlar var. Onların tələbələri var, yollarını davam etdirəcəklər.

Bayağı ifaçılar 10-20-30 il əvvəl də var idi, gələcəkdə də olacaqlar. "İnstagram" əxlaqsızları müğənni edib".

Bütün xəbərlər Facebook səhifəmizdə