Təranə Nazəninlə Sərxanı "yıxıb-sürüdü"

Təranə Nazəninlə Sərxanı "yıxıb-sürüdü"

Müğənni Təranə Qumral aktyor Sərxan Kərəmoğlunun ünvanına xoşagəlməz sözlər deyib. SİA-nın məlumatına görə, sənətçi bunları deyib: "Bəzilərinin sevinci ürəyində yarımçıq qaldı. Mən bu sevinci sənə yaşadaram “kuklam”? Ay yazıq, özün-özünlə oynamağa öyrəşmisən. Çürük qələbələrinə özündən başqa heç kimi inandıra bilmirsən. Bu dünyaya bir gün gələn bir gün də getməlidir. Bura “Maşın” şoudur. O ki qaldı guya kimlərsə məndən qisasını aldı, amma mən belə deməzdim. Nənəm demişkən, nə tez yadından çıxdı evinin damına bayrağımı sancmağım. Hələ qələbə məndədir. Canın haqqı başına sancdığım bayraqla da qəbr evinə gedəcəksən. Sənin elə o başın haqqı. Mənim “Kirpi” jurnalıma abunə olmaq istəyənlər buyursun”.

Bütün xəbərlər Facebook səhifəmizdə