Almaz Ələsgərova: "Artıq müğənni kimi gündəmdə olmağı düşünmürəm"

Əməkdar artist Almaz Ələsgərli efirlərdən uzaq düşməsinin səbəbini açıqlayıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunları deyib: "Artıq müğənni kimi gündəmdə olmağı düşünmürəm. Musiqili Komediya Teatrında işə başlamışam. Burada 1985-ci ildə çalışmışdım. Mənim üçün yad bir iş olmadı. Bu qədər sənətdən sonra teatra qayıtmaq asan deyildi. Hazırda "Amerikalı kürəkən" adlı yeni tamaşa hazırlayıram. Peşəkar aktrisa kimi çalışıram. Həmin tamaşada İlham Namiq Kamalla, Fatma Mahmudovayla rol almışam. Buna görə çox sevinirəm. Premyera aprelin 29-da olacaq. Amma müğənniliyi atmıram".

Bütün xəbərlər Facebook səhifəmizdə