Nicat Rəhimov Türkiyə şou-biznesinə qoşulur?

"Bozbash Pictures"də "Şirin" kimi tanıdığınız aktyor Nicat Rəhimovdan yeni xəbər var. SİA-ya açıqlama verən aktyor yenidən özünü aparıcı kimi sınayacağını deyib: "Hazırda bildiyiniz kimi, yeni serial çəkirik. Ona görə bir az başım qarışıqdır. Ancaq gələcəkdə yenidən aparıcı kimi fəaliyyətimi davam etdirməyi planlaşdırıram".

Bir neçə gün bundan öncə türkiyəli aktyor Burak Özçiviti bəyənməyən Nicat qardaş ölkənin şou-biznesinə qoşulmaq istəmədiyini də söyləyib: "Azərbaycan mənim üçün əzizdir. Fəaliyyətimi öz vətənimdə davam etdirmək istəyirəm. Bura mənim üçün bəsdir".

Bütün xəbərlər Facebook səhifəmizdə