Müğənniyə nə hədiyyə etdilər?

Müğənni Aytac Vidadiqızı "Unuda bilmirəm" adlı yeni mahnısını dinləyicilərin ixtiyarına verib. SİA-ya bu haqda A.Vidadiqızının özü məlumat verib: "Gözəl mahnıdır. Buna klip də çəkdirməyi düşünürəm. Ekran işini yazda Avropada çəkdirəcəm. Yerli rejissorlarımıza müraciət edəcəm. Çünki özümüzünkülərin işini bəyənirəm".

Qeyd edək ki, musiqisi Aygün Səmədzadə, sözləri Kəmalə Abıyevaya aid olan mahnı müəlliflərin ifaçıya hədiyyəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə