Bəstəkar-müğənni Emin yeni mahnısını təqdim edib. SİA-nın verdiyi xəbərə görə, bəstə "Hope" (Ümid) adlanır.

Nəzərinizə çatdıraq ki, mahnı 95 yaşında dünyasını dəyişən Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelaya həsr edilib.

Qeyd edək ki, kompozisiyanın müəllifləri Russam Ballar və Kris Vinter mahnının beynəlxalq sülh günü üçün yazmış və 2014 cü ildə təqdimatını planlaşdırırmış. Lakin qəflətən Cənubi Afrika Respublikasının sabiq prezidentinin ölümü mahnının təqdimatının vaxtını sürətləndirib. Eminin ifasında səslənən mahnı Nelson Mandelaya həsr olunub. Eminin sözlərinə görə mahnı əfsanəvi insan Nelson Mandelanın simasında gələcəyə ümidlə baxan insanlara ithaf olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə