Müğənni-bəstəkar Emin fanatları ilə eyni səhnəni bölüşəcək. SİA-nın verdiyi xəbərə görə, sənətçi şəxsi səhifəsindən onunla eyni səhnəni bölüşmək istəyən pərəstişkarlarına müraciət edib:

"Mənimlə eyni səhnədə oxumaq istəyirsən? Ən çox bəyəndiyin mahnımı oxu, telefona çək və "İnstagram"da yerləşdir. Özüm şəxsən seçəcəm və həmin şəxsi Bakıda dekabrın 21-də keçiriləcək konsertimdə səhnəyə dəvət edəcəm".

Qeyd edək ki, Eminin solo konserti dekabrın 21-i saat 21:00-da "Buta Palace"da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...