Konsert keçirilməmiş Fərhad Babayevə pul ödəyirlər

Azərbaycanlı teleaparıcı, aktyor və təşkilatçı Sərxan Kərəmoğlu əsəbləşib. O, Azərbaycanda keçirilən konsertlərlə əcnəbi ölkələlərdə həyata keçən konsertləri müqayisə edib. SİA-ya açıqlama verən Kərəm bunları deyib: "Heydər Əliyev Sarayının direktoru Fərhad Babayeva çox böyük hörmətim var. Amma sarayın bəzi xüsusiyyətləri var ki, xoşuma gəlmir. O, məqamlardan biri konsert keçirilməmişdən öncə direktora pul ödənilməsidir və fanaqramasız müğənninin oxumasıdır. Dünyanın heç bir yerində belə qayda yoxdur ki, konsert həyata keçməmiş müğənni məkanın direktoruna pul ödəsin. Ona görə də ifaçılarda konsert keçirmək istəyi yoxdur. Ancaq bizdə toyxana var. Bir şeyə də toxunum ki, nağara ifaçısı konsert verir. Belə şeyləri görəndə əsəbləşirəm. Bu kimi halların məncə qarşısı alınmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə