Azərbaycanlı müğənni Günay Qurbanova Ukraynanın Dnepropetrovsk şəhərinin televiziyasının təşkil etdiyi gənc-ifaçıların "Poyom vmeste" (Birlikdə oxuyuruq) festival-müsabiqəsində iştirak edəcək. Ukraynanın Azərbaycan Gənclər Birliyi Dnepropetrovsk vilayətının təşkilatının sədri Elza Bəkirovanın SİA-ya verdiyi məlumata görə, istedadlı gənc Günay təşkilatın ən fəal üzvlərindəndir.

Nəzərinizə çatdıraq ki, Günay Qurbanova artıq 7 ildir Azərbaycan diasporasını Ukraynanın böyük səhnələrində təmsil edir. Gözəl müğənni bu müddət ərzində səsi ilə dinləyicilərin rəğbətini qazanmağa nail olub. İstedadı ilə yanaşı vokal ustalığı onu ümumukrayna "Яскрава крайна", " Песенний сад" və "Диво грай" müsabiqələrinin laureatıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə