Deyəsən bunu yazanlar Qriqori Lepsin “qeyrətini” çəkənlərdir..?

Qriqori Lepsin gənc sevgilisi “səmimi” fotolarını yayıb...

...Aha...Qriqori Lepsin gənc sevgilisi bu dəfə naməlum tanışı ilə aktyor Conni Depp geyimində fotolarını da yayımlayıb. Digər fotolarda Aurora nazik belini nümayiş etdirib.

SİA-nın məlumatına görə, London Moda Kollecinin tələbəsi bu dəfə naməlum kişi ilə (...gəlin, “babal” yazmayaq-A.B.) qısa fotosessiya etdirməyə qərar verib.

Avroranın partnyoru rekvizitləri seçib və Hollivud ulduzu, aktyor Conni Depp kimi maskalanıb.

Qız tədbirə kimin qatıldığını dəqiqləşdirməyib, lakin o, artıq hazır fotoları sosial şəbəkələrdə yerləşdirərək imzalayıb:

“Conni Depplə görüşdə”.

Başqa bir fotoda Aurora cins şalvarını bir qədər aşağı endirib, abunəçilərinə incə bədən quruluşunu nümayiş etdirib.

Qeyd etmək lazımdır ki, bütün izləyicilər qızın təşəbbüsündən razı qalmayıblar. Bəziləri musiqiçinin nişanlısının nişanlı olarkən başqa kişi ilə əylənməsinə icazə verməsindən qəzəblənib.

-“Salam, Qriqori, Avrora oynayır!”,

-“Baba onu danlayacaq”,

-“Qrişkanı aldadır”,

-“Leps ona azlıq edir, ona artıq ikinci baba lazımdır”.

...Sizi bilmirəm, amma mənə elə gəlir ki, bunu yazanlar Qriqori Lepsin “qeyrətini” çəkənlərdir...

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə