Deyirsən, insaf da yaxşı şeydir..?

Yaş fərqi 43 ildir: Qriqori Lepsin yeni "ehtirası" haqqında nə məlumdur?

...Rusiyalı müğənni Qriqori Lepsin yeni sevgilisinin 18 yaşlı Aurora Kiba olduğu üzə çıxıb.

SİA xəbər verir ki, bu barədə StarHit.ru məlumat yayıb.

Qeyd edək ki, 2024-cü ilin fevralında qızın 18 yaşı tamam olub.

...Bir müddət əvvəl o, bloqunun abunəçiləri ilə xoş xəbər paylaşıb, belə ki, ondan 43 yaş böyük olan sənətçi ona evlənmə təklif edib.

Aurora nə cavab verdiyini açıqlamasa da, üzüyü taxmağa çalışıb.

Lepsin özü qarşıdan gələn toy barədə soruşduqda açıq şəkildə, Kiba bu barədə düşünür, lakin çox güman ki, razılaşacaq, deyə bildirib.

Qızın valideynləri Lepslə eyni ərazidə bir evə sahibdirlər. Cütlük bir neçə dəfə Fort dei Marmidəki (...İtaliyada yerləşir-A.B.) bir mülkdə birlikdə görüntülənib.

Aurora, həmçinin Qriqorinin iştirak etdiyi ailə ziyafətlərindən də kadrlar yayımladı.

...Kiba səyahət etməyi sevir, bunu bloqunda çoxlu fotoşəkillər sübut edir. Son vaxtlar onun lenti möhtəşəm buketlərin fotoşəkilləri ilə doludur. Aurora hətta gül dükanı aça biləcəyini də istisna da olsa, zarafatla bildirib..?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə