Milyon avroluq təklifi rədd etdi

Son zamanlar türk məşhurlarla yemək yemək üçün ödənən küllü miqdarda məbləğlər gündəmdən düşmür. SİA xəbər verir ki, bunların arasına yeni biri daha əlavə olunub. Dubayda milyoner bir ailə 1 milyon avro təklif edərək fanatı olduqları aktyor Can Yamanla görüşüb şam yeməyi yemək istəyib. Verilən məlumata görə Yaman təklifi rədd edib.

Xatırladaq ki, daha öncə Burak Özçivit yüklü məbləğ qarşılığında ərəb qadın fanatları ilə şam yeməyinə qatılmışdı. Aktrisa Məryəm Uzerli də pul qarşılığında bir ərəb şeyxi ilə şam yeməyinə çıxdığını etiraf etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə