Sergey Penkin mirasını kimə vəsiyyət edir?

...Ötən gün 62 yaşlı məşhur sənətçi rus nəşrinə müsahibə verib. Orada Sergey Penkin öldükdən sonra mirasının kimə qalacağını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ulduzun Moskva vilayətində evi, eləcə də Moskvanın mərkəzində mənzili var. Üstəlik, daşınmaz əmlakın ümumi dəyəri 100 milyon rubldan çox qiymətləndirilir.

...Düzünü desəm, bu barədə hələ düşünməmişəm. Mənim birbaşa varislərim yoxdur. Ancaq iki bacım Penzada yaşayır və onların uşaqları var. Böyük qardaşım Volodyanın da iki qızı var. Deməli, mənim kifayət qədər varislərim var, - deyə müğənni bildirib.

Xatırladaq ki, bundan əvvəl Sergey Penkin ikili vətəndaşlığı olan sənətçiləri Rusiya Federasiyasına xəyanətkar kimi tanımışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə