Putin Ərdoğana başsağlığı verib

Putin Ərdoğana başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin İstanbuldakı terror aktı ilə əlaqədər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. SİA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

“Biz terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə türkiyəli tərəfdaşlarımızla ən yaxın əməkdaşlığa hazır olduğumuzu bir daha təsdiqləyirik”, - mətndə vurğulanıb.

Qeyd edək ki, noyabrın 13-də İstanbulda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bütün xəbərlər Facebook səhifəmizdə