YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, H.Cavid pr.129 AMEA Mərkəzi Elmi Kitabxana) ünvanı üzrə ərazi partiya təşkialtının sədri Məmməd Əliyev və YAP Yasamal rayon təşkilatının əməkdaşlarları tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi Əzizli Tacəddin Şahəddin oğlunun ailəsi ziyarət olunub. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrı böyük Zəfərə gedən yolun başlanğıc nöqtəsi kimi bizim tariximizə yazıldı. Həmin gündən Vətən savaşının qələbə dolu əks-sədası eşidildi. Böyük qələbəmizə doğru ilk addımın atıldığı gün heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən savaşındakı şücaəti, əzmkarlığı nəsillərə örnək olacaq. Şəhidlərimizin əziz xatirəsi hər zaman anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə, Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra Əzizli Tacəddin Şahəddin oğlu "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB