Goranboyda ağacəkmə aksiyası keçirilib FOTOLAR

Goranboyda ağacəkmə aksiyası keçirilib FOTOLAR

Noyabrın 11-də Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi ilə əlaqədar YAP Goranboy rayon təşkilatı tərəfindən rayon ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiyada YAP Goranboy rayon təşkilatının rəhbərliyi, yerli icra hakimiyyətinin rəhbər işçiləri, partiya fəalları və ictimaiyyət nümayəndələri aktiv şəkildə iştirak ediblər. Aksiya çərçivəsində 300 ədəd ağac əkilmişdir.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü ərəfəsində ölkədə müxtəlif tədbirlər keçirilir. Ekoloji tarazlığın qorunub saxlanılması üçün yaşıllıq sahələrinin artırılması da bu tədbirlərdəndir. Bugünkü ağacəkmə aksiyası partiyanın cəmiyyətimizdə abadlığa, quruculuğa önəm verdiyini bir daha sübut edir.

Bütün xəbərlər Facebook səhifəmizdə