Fransanın müsəlmanlara qarşı aqresiyası var ŞƏRH

Fransanın müsəlmanlara qarşı aqresiyası var ŞƏRH

Prezident İlham Əliyevin bir neçə gün əvvəl Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zaman söylədiyi “Azərbaycan da Əlcəzair kimi zamanla işğala məruz qalıb. Ermənistan torpaqlarımızı 30 il işğal altında saxlayıb. Biz bu illər ərzində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik” fikri böyük maraqla qarşılandı. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliamı xatırladan dövlət başçısı İlham Əliyev diqqətə çatdırdı ki, bu, dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Ona görə ki, Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb və bu da 1,5 milyon insanın ölümü ilə nəticələnib. Fransanın o vaxt Əlcəzairdə törətdiyi qətliam Ermənistanın azərbaycanlılara qarşı qəddarlığının oxşarıdır. Bu yaxınlarda “France 2” telekanalına verdiyi müsahibəsini və azərbaycanlılara qarşı dəhşətli soyqırımı törədən Ermənistana haqq qazandırmasını, həmçinin ölkəmizə qarşı böhtanlarını, ədalətsiz mövqeyini nümayiş elətdirən Makron Fransanın Əlcəzair xalqına qarşı törətdiyi dəhşətli soyqırımını da yada salsın. Fransanın Avropada və Afrikada liderlik uğrunda mübarizəsi XX əsrin əvvəllərində xüsusi qəddarlıq faktlarla yadda qalıb. Afrikanın Şimalında yerləşən, qədim sivilizasiyaya malik müsəlman məmləkəti olan Əlcəzairdə törədilən dəhşətli faciə bu gün də unudulmayıb. O zamankı Fransa hökuməti Əlcəzairdə ekspansiya planlarını həyata keçirmək və orada möhkəmlənmək üçün yerli əhaliyə qarşı qətliamlar həyata keçirmişdir. Bu qəddarlıq bəzi yerlərdə soyqırımı səviyyəsinə çatmışdır. Setif, Guelma və Keratta şəhərlərində baş verən faciələri qətliam adlandırmaq üçün yetərincə faktlar var.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə