Nərimanovda 8 Noyabr- Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Nərimanov Tibb Mərkəzi PHŞ-nın birgə təşkilatçılığı ilə 8 Noyabr- Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov rayon İcra başçısının müavini İradə Mahmudova, Nərimanov Tibb Mərkəzinin PHŞ-nın direktoru Fazil Alməmmədov, Vətən müharibəsi qaziləri, Tibb Mərkəzinin əməkdaşları və digərləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib və 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Açılış nitqi ilə çıxış edən Nərimanov Tibb Mərkəzi PHŞ-in direktoru Fazil Alməmmədov tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. Ölkəmizin igid oğulları Ali Baş Komandanın başçılığı ilə qəhrəmancasına döyüşərək öz qanları bahasına bu qələbəni bizə qazandırdığını vurğulayan direktor qeyd edib ki, Zəfərimizi təmin edən əsas amillərdən biri xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi oldu.YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev çıxış edərək bildirib ki, Azərbaycan xalqı tarixində çox uğurlara imza atıb.
Təşkilat sədri qeyd edib ki, 30 ildən sonra 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun möhtəşəm qələbəsinin əsasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli maraqları ifadə edən qətiyyətli siyasəti, yüksək şəxsi keyfiyyətləri və təcrübəli idarəetmə bacarığı dayanırdı. Vətən müharibəsində xalqımızın dövlət başçısının həyata keçirdiyi siyasətlə bağlı həmrəylik göstərdiyini qeyd edən Samir Vəliyev vətənpərvər övladlarımızın onun çağırışına qoşularaq birlik, həmrəylik nümayiş etdirdiyini vurğulayıb. O bildirib ki, bu Zəfər Gününə həsr olunmuş tədbiri keçirməyimizə səbəb olan qələbənin əldə edilməsinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, xüsusilə Azərbaycan əsgərinə, döyüşlərdə öz canını fəda edən şəhidlərimizə və qazilərimizə borcluyuq.
Tədbirdə çıxış edən Nərimanov rayon İcra Başçısının müavini İradə Mahmudova və Vətən müharibəsinin qaziləri 44 günlük Vətən müharibəsini tariximizin ən qürurlu, ən şanlı, ən unudulmaz səhifəsi adlandırıblar. Bildirilib ki, ordumuzun gücü, Ali Baş Komandanın siyasəti və Azərbaycan xalqının birliyi ilə 44 günlük Vətən müharibəsində Zəfər qazandıq. Otuz ilə yaxın Azərbaycan xalqının bu günü gözlədiyini vurğulayan natiqlər söyləyiblər ki, torpaqlarımızı azad edərək bütün dünyaya göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır, ermənilərin bütün təbliğatı mifdir.
Bununla da tədbir öz işini başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB